Çərşənbə, 15 May

Sui-qəsddən sonra Xandan ilk açıqlama: "Bunu bilirdim..."

image

“Vəzirabad və Qucrat arasında bir yerdə məni öldürmək planının olduğunu öyrənmişdim. Keçmiş Pəncab qubernatoru Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsullardan istifadə etdilər”.

Xəbər verilir ki, bunu sui-qəsdə məruz qalaraq yaralanan İmran Xan deyib.

Pəncab əyalətinin Vəzirabad şəhəri yaxınlığında naməlum şəxs konvoya atəş açıb və Xan ayağından yaralanıb. Səhhəti yaxşı olan Xan hücumdan sonra kameralar qarşısında çıxış edib və sui-qəsd planını əvvəlcədən bildiyini deyib.

İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatının (PTI) tərəfdarları Kəraçi şəhərində nümayiş keçirib. Polis nümayişin keçirildiyi ərazidə tədbir görüb.

Hazırkı hökuməti günahlandıran Xan deyib ki, onu xaricdə milyardlarla sərvəti olan Şərif ailəsi ilə müqayisə etmək olmaz.

Xan öz tərəfdarlarını etirazları davam etdirməyə çağırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00